Xəzərdə köməksiz vəziyyətdə qalmış balıqçılar xilas edilib

© Sputnik / Rahim MuradovXəzər dənizində balıqçı dirəkləri
Xəzər dənizində balıqçı dirəkləri - Sputnik Azərbaycan
Abunə olmaq
Xilas edilmiş şəxslərin Neftçala rayonunun sakin­ləri olduğu müəyyən edilib

BAKI, 10 dekabr — Sputnik. 2018-ci ilin 6 dekabr tarixində Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə "kömək edin" işarəsini göstərmələri müşahidə edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış "MA-10181" bort nömrəli "Yamaha - 40" mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilib.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayonunun sakin­ləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəl­lüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.

Xəbər lenti
0