Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda kürəkən qayınatasını qətlə yetirib.
Hadisə Qubanın ikinci Nügədi kəndində baş verib. Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, hadisə dekabr ayının 9- da baş verib. 1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev, bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adıyla qaynatasıgilə gedib. Qaynatası 1961-ci il təvəllüdlü Heybətov Heybət ilə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və kürəkən qayınatasına bıçaqla zərbələr endirib.
Yaralı halda olan H.Heybətov Quba Rayon Mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib.
Onu qeyd edək ki, cinayətkar M.Balayevin 2 azyaşlı övladı var.
Cinayətkar Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə əlaqədar prokurorluqda cinayət işi başlanılıb.