Fransada fövqəladə vəziyyət elan olundu

© AFP 2024 / THOMAS SAMSONFransa paytaxtına zirehli texnika yeridildi
Fransa paytaxtına zirehli texnika yeridildi - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

BAKI, 10 dekabr - Sputnik. Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib. 

"Birincisi, bu gün fövqəladə iqtisadi və sosial vəziyyət elan etmək istəyirəm. Biz hörmət ediləcək, uşaqlarımızın bizdən də yaxşı yaşayacağı Fransanı qurmaq istəyirik", - deyə o bildirib.

O, qeyd edib ki, ölkənin problemləri çoxdan mövcuddur. Problemlərin kökləri 40 il əvvələ gedib çıxır və indi onlar "küçələrə çıxır".

"Mən bizim ölkənin siyasi sistemi ilə mübarizə apararaq, onu sizin üçün yaxşılaşdırmaq istəyirdim. Bir çox ölkələr belə vəziyyətlərdən çox ağır keçir, lakin mən ümid edirəm ki, Fransa xalqı vahid qalmaq üçün kifayət qədər güclü olacaq", - prezident qeyd edib. 

Xəbər lenti
0