Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rabitə qülləsinə çıxan şəxs intihar etmək istədi

© Sputnik / Sergey Malgavko / Mediabanka keçidMobil rabitə qülləsi, arxiv şəkli
Mobil rabitə qülləsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb

BAKI, 9 dekabr – Sputnik. Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Kür qəsəbəsində 1 nəfərin mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəməsi barədə müraciət daxil olub.

Sputnik Azərbaycan nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Araşdırma aparılır.

Xəbər lenti
0