Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC-i parçalamaq mümkün olmadı

© REUTERS / Ramzi BoudinaЛого ОПЕК на международном экономическом форуме в Алжире
Лого ОПЕК на международном экономическом форуме в Алжире - Sputnik Azərbaycan
Abunə olmaq
Özbəkistan, Çad, Cənubi Afrika Respublikası da OPEC-ə gəldilər

BAKI, 9 dekabr — Sputnik. OPEC-in Vyanada keçirilən iclasında Özbəkistan, Çad, Cənubi Afrika Respublikası və Afrika Neft İstehsalçıları Assosiasiyası bu təşkilatda müşahidəçi statusu alıb.

Azərtac Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının sədri Süheyl əl-Məzrui məlumat verib.

Xatırladaq ki, OPEC 1960-cı ildə yaradılıb və dünyada çıxarılan neft ehtiyatlarının 80 faizinə nəzarət edir. Dünya neftinin 40 faizindən çoxu OPEC-in üzvü olan ölkələrdə istehsal edilir.

Xəbər lenti
0