BAKI, 9 dekabr – Sputnik. Məşhur rusiyalı müğənni Lev Leşenko Moskvadakı “Mir” konsert salonundan birbaşa xəstəxanaya aparılıb.
Lev Leşenko
© Sputnik / Сергей Гунеев
/ Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, onun vəziyyəti qəflətən pisləşib. Leşenkonu konsert salonundan təcili yardım avtomobilində xəstəxanaya aparıblar.
76 yaşlı müğənni daha sonra verdiyi açıqlamada özünü yaxşı hiss etdiyini və artıq bazar ertəsi səhnəyə qayıtmağı planlaşdırdığını bildirib: “Özümü normal hiss edirəm və artıq sabah Şainskinin xatirəsinə həsr olunan konsertdə iştirak edəcəyəm”.
Kreml sarayının afişasında qeyd edilir ki, dekabrın 10-da Vladimir Şainskinin “Şainskiy Forever” konsertində Lev Leşenkonun iştirakı nəzərdə tutulub.