Ermənistanda seçki fiaskosu: Qanunlar pozulur, seçicilər boykot edir

© Sputnik / Aram Nersesyan / Mediabanka keçidПарламентские выборы в Армении
Парламентские выборы в Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Mərkəzi Seçki Komissiyasının saat 14:00-a olan hesabatına hesabatına əsasən, parlament seçkilərində səsverməyə 24.53% seçici qatılıb

BAKI, 9 dekabr — Sputnik. Ermənistanda növbədənkənar parlament seçkiləri fiaskoya uğramaq üzrədir. Sputnik Azərbaycan xəbər verir ki, seçkilər heç də Nikol Paşinyanın arzu etdiyi formada keçmir.

Ermənistan Mərkəzi Seçki Komissiyasının saat 14:00-a olan hesabatına hesabatına əsasən, parlament seçkilərində səsverməyə 636 min 55 nəfər və ya seçici qatılıb. Bu ümumi seçici sayının 24.53%-i deməkdir.

Зал заседаний НС Армении перед выборами (1 мая 2018). Еревaн - Sputnik Azərbaycan
Ermənilər yeni parlament seçirlər

Qeyd edək ki, səsvermə hüququna malik erməni vətəndaşlarının sayı 2,592,479 nəfərdir. Xatırladaq ki, saat 08:00-da başlayan seçki prosesi axşam saat 20:00-da başa çatacaq.

Seçkiqabağı vəziyyəti nəzərə alaraq səsvermə zamanı qanun pozuntularının olacağını bəyan edən siyasi ekspertlərin, müxalifət partiyalarının nümayəndələrinin proqnozları da özünü doğruldur. Artıq bir sıra qanun pozuntuları qeydə alınıb. Məsələn, Lori əyalətindəki 22/26 saylı seçki məntəqəsində bülletenlərin olmaması səbəbindən səsvermə dayandırılıb. Bundan əlavə, Razdan bölgəsindəki 26/14 saylı seçki məntəqəsində müşahidə kameralarının işləməməsi barədə məlumat daxil olub. Araratdakı 13/2 saylı məntəqədə isə nəzarətçi vəsiqəsi olmayan şəxs vətəndaşla birlikdə səsvermə kabinəsinə daxil olub. Bir çox məntəqələrdə müşahidəçilərin işinə maneə törədilir. Bəzi məntəqələrdə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun bülletenləri olmayıb. Bir sıra məntəqələrin qarşısında qanunla qadağan olunmasına baxmayaraq, təşviqat kampaniyasının aparıldığı aşkarlanıb. Sevan şəhərindəki 20/05, Vanadzordakı 23/54 və 23/53, Panikdəki 33/20 saylı məntəqələrdə təşviqat plakatlarının asılması faktları qeydə alınıb.

Ermənistanda parlament seçkilərində seçici səs verə bilməyib. Seçici seçki məntəqəsinə gəlib və səsvermə kabinəsindən uzun müddət çıxmayıb.

Seçki komissiyasının rəhbəri Karine Saribekyan seçicidən hər hansı bir problemin olub-olmamasını soruşub. Seçici öz növbəsində bildirib ki, reytinq sistemi üzrə namizədlərdən heç birini tanımır.

Daha sonra seçici zərf seçki qutusuna atıb və lakin "Sputnik Armenia"nın müxbirinə səs verə bilmədiyini və səsvermə vərəqini qaytarmaq istəmədiyinə görə qutuya atdığını bildirib.

Xəbər lenti
0