CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qışa necə hazırlaşmalı - Arıçılar sirri açırlar

© Sputnik / Rahim MuradovAstara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
Abunə olmaq
"Kodlaşdırılan hər bir arı ailəsinə 10 manat subsidiya ayrılacaq"

BAKI, 9 dekabr — Sputnik. “Havaların soyuması ilə əlaqədar Astara arıçıları öz arı ailələrini qışa tam hazırlayıblar. Qış aylarında arıların xəstələnməməsi üçün onları keyfiyyətli qida ilə təmin etmək gərəkdir”.

Astara arıçıları ilin son bal tədarükünü aparırlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Astaradan Bakıya möcüzə gətiriləcək: Bu il məhsul həm boldur, həm də keyfiyyətli

Bunu Sputnik Azərbaycan-ın bölgə müxbirinə Astara rayonu Siyaku kənd sakini, arıçı İntiqam Kazımov bildirib. "Arıçı qışa hazırlıq görərkən ilk növbədə arıların qış aylarında qidalanması üçün pətəklərdə təbii və keyfiyyətli bal saxlamalıdır. Bəzən görürsən ki, arıçılar arları üçün qış mövsümündə qidalanmağa keyfiyyətsiz bal qoyurlar. Bu da arılarda bir çox xəstəliklərin yaranmasına səbəb olur. Biz arıları səyyar formada daşıdığımız və dağətəyi yerlərdə saxladığımızdan, soyuq keçməməsi və arıları qızdırmaq üçün arı yeşiklərini həm yan tərəflərdən, həm də üst tərəfdən qalın yun parçalarla örtürük. Pətəyi nə qədər yaxşı və qalın örtsən, həm pətəkdə qoyulan bala qənaət edəcəksən, həm də qış aylarında arılar istidə yaşayacaq, ölməyəcək. Düzdür, arılar soyuğa dözümlüdürlər, lakin hər bir arıçı öz ehtiyatını tutmalıdır”.

© Sputnik / Rahim MuradovAstara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
1/4
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
© Sputnik / Rahim MuradovAstara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
2/4
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
© Sputnik / Rahim MuradovAstara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
3/4
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
© Sputnik / Rahim MuradovAstara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
4/4
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
1/4
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
2/4
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
3/4
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı
4/4
Astara rayonu Siyaku kənd arıçılıq təsərrüfatı

“Qışa hazırlığın əsas mərhələlərindən biri isə arılara gənlərədən qorunmaq üçün dərmanlar verməkdir. Bu prosesdə ancaq təbii otlardan – kəklikotu, acı yovuşan otlarında istifadə edərək parazitlərə qarşı mübarizə aparırıq. Bundan əlavə, gənələr qarşı ən effektli vasitələrdən qoz ağacının yarpağı və gövdəsində bitən göbələyi yandırmaqdır. Yanvar ayında isə bizim "Kandı" dediyimiz vasitəyə dərmanlar qataraq arılara veririk ki, bəzi xəstəliklər aradan qalxsın. Bu il yağışların çox olması arılarımıza pis təsir etdi. Çünki nəm çox olan yerlərdə arılarda göbələk və başqa xəstəliklər yaranır. Buna görə də elə etmək lazımdır ki, arının saxlandığı yer açıq havada və nəm olmayan yerdə olsun" – deyə arıçı əlavə edib.

Arıçı Asif Kərimov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın dünyaya bəxş etdiyi yenilik: Mümkün olmayanlar da reallığa çevrilir

Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov isə Sputnik Azərbaycan-a bildirdi ki, bu ildən etibarən hər bir arı ailəsi üçün 10 manat subsidiya ayrılıb: " Bu il Prezident İlham Əliyev hər bir arı ailəsi üçün 10 manat subsidiya ayrılması barədə sərəncam imzaladı. Bu da respublikamızda arıçılığın inkişafı üçün böyük təkandır. Nəticədə, 2018-ci ildə ölkədə 50 min arı ailəsi artıb. Hazırda isə subsidiyaların verilməsi ilə bağlı rayonumuzda hər bir arı ailəsinin kodlaşdırılaraq nişanlanma işləri davam edir və birkalanma işlərinin 80%-i görülüb. Bu il arı ailələrimizi tam sağlam vəziyyətdə qışa hazırlaya bilmişik. Bu kodlaşdırmanın əhəmiyyəti isə ondan ibarətdir ki, kodlaşdırılan hər bir arı ailəsinə görə 5 il müddətinə 10 manat subsidiya ayrılacaq. Bu da arıçılığın inkişafı üçün böyük dəstəkdir. Lakin elə arıçılar da var ki, kodlaşdırmaqdan imtina edir. Rayonumuza 16 min kodlaşdırılmış birka verilib, bunlardan da 9 min kodlaşdırılmış birka Siyaku ərazi vahidliyində olan arıçılara verilib”.

Xəbər lenti
0