“Qətərin OPEK-in tərkibindən çıxması neft bazarında azalma trendini gücləndirə bilər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə SOCAR-ın keçmiş rəhbəri, iqtisadçı Sabit Bağırov Qətərin 2019-cu ildə təşkilatı tərk edəcəyi qərarını şərh edərkən deyib.
O bildirib ki, neft qiymətlərində dalğalanma səviyyəsi çox yüksəkdir və burada siyasi amillər də öz rolunu oynayır: “Mən inanmıram ki, Qətərin OPEK-dən çıxması domino effektinə səbəb olsun və OPEK ölkələri bu trendə hazır olsun. Amma prinsipcə bu, həmin istiqamətdə müəyyən təkan verə bilər. Çünki Qətər enerji bazarında kifayət qədər nüfuzlu ölkədir”.
Qeyd edək ki, Qətərin energetika naziri Saad bin Şrida əl Kaabi ölkənin 2019-cu ilin yanvarında OPEK-i tərk edəcəyini bildirib.
İqtisadçının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz