Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə polis zabiti faciəvi şəkildə öldü

Abunə olmaq
Dünyasını dəyişən Ə.Qayıbəliyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayorudur

BAKI, 8 dekabr — Sputnik. Kürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yol-patrul xidmətinin avtomobili qəza yerində - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda ölümlə nəticələnən qəza baş verib

Sputnik Azərbaycan Trend-ə istinadlaHadisə dekabrın 7-də saat 1 radələrində, rayonun Sığırlı kəndi ərazisində baş verib. Kənd sakini Əli Qayıbəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili idarə edərkən qəfil halı pisləşib və avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.

Hadisə nəticəsində "VAZ-21 07" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Dünyasını dəyişən Ə.Qayıbəliyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayorudur.

Xəbər lenti
0