BAKI, 8 dekabr — Sputnik. Almaniyanın Merzig şəhərində yaşayan Verner Freund, həyat yoldaşı Erika və pişikləri Maksla birgə canavarların qoruğunun yanında yerləşən evdə yaşayıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, 40 il ərzində canavarlara birgə yaşayıb, hətta onlara liderlik edib
O, canavarlarla birgə ova gedib, onlarla bərabər qidalanıb.
Sürünün lideri olmaq üçün ovladığı heyvanı sürünün qarşısında ilk olaraq özü yeyərək, canavarlarına ona hörmət etməsinə nail olub.
80 yaşında vəfat edən Freund, həyatının böyük bir hissəsini canavarlara sərf edib.
Ondan niyə belə həyat seçdiyini soruşduqda, canavarları müşayiət etmək üçün belə bir həyatı seçdiyini və halından son dərəcədə çox məmnun olduğunu bildirib.