BAKI, 7 dekabr — Sputnik. Ermənistandan kapital axını kəskin şəkildə artıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Joxovurd" nəşri xəbər verir.
Belə ki, cari ilin yanvar-oktyabr aylarında ölkədən 951 milyon 38 min dollar pul çıxarılıb. Ötən ilin yanvar-oktyabr aylarında isə bu rəqəm 779 milyon 196 min dollar olub.
"Joxovurd" yazır ki, sabiq rəhbərlik Ermənistandan öz var-dövlətini tədricən çıxarır.