CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekshumasiyaya hansı halda icazə verilə bilər - Yeni qərar

© REUTERS / Laszlo BaloghMacarıstanın Debrecen şəhərində "Qəbir qazmanın prestijini artırmaq və daha çox gənci bu peşəyə təşviq etmək" məqsədi ilə yarış keçirilib
Macarıstanın Debrecen şəhərində Qəbir qazmanın prestijini artırmaq və daha çox gənci bu peşəyə təşviq etmək məqsədi ilə yarış keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Ekshumasiyadan sonra qəbir yerləri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir

BAKI, 7 dekabr — Sputnik. Ölmüş şəxsin prosessual ekshumasiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istunadla xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədovun imzaladığı "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə qərarda deyilir.

Qəbristanlıq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qəbir yerlərinin ölçüləri müəyyənləşdi

Qeyd edilir ki, ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi zamanı; bu qaydalarda müəyyən edilmiş hallarda və qaydada qəbrin köçürülməsi ilə bağlı; "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə "Şəhid" adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda; ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu olduqda realaşacaq.

Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına çürümə və minerallaşma prosesləri zəif gedən yaş qrunt ərazidə 3 (üç) ildən, qumlu quru qrunt ərazidə isə 1 (bir) ildən tez olmayaraq icazə verilir. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilir. Ekshumasiyadan sonra qəbir yerləri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir.

Ekshumasiyadan sonra meyit və ya onun qalıqları həmin qəbir yerində təkrar basdırıldıqda, bu Qaydalarla müəyyən edilmiş tələblər gözlənilməlidir. Qeyd edək ki, bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət əsasnamələrinə uyğun olaraq aidiyyəti dövlət orqanları və müvafiq bələdiyyələr tərəfindən həyata keçirilir.

Bu Qaydaların tələblərinə riayət olunmasına ictimai nəzarət fiziki şəxslər, dini icmalar və vətəndaş cəmiyyəti təsisatları tərəfindən həyata keçirilir. Bu Qaydalar qüvvəyə minənədək salınmış qəbiristanlıqlarda aparılmış dəfnlər barədə bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş məlumatlar 6 (altı) ay müddətində müvafiq qəbiristanlığın müdiriyyəti tərəfindən dəfnlərin vahid dövlət reyestrinə daxil edilir.

Xəbər lenti
0