AQTA quş qripi ilə bağlı xəbərdarlıq edir

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidПтицефабрика в Челябинской области
Птицефабрика в Челябинской области - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla əlaqədar olaraq, İran İslam Respublikasının Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb

 

BAKI, 7 dekabr — Sputnik. Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan-a AQTA-dan məlumat verilib.

Xəbərdarlıqda deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. 

Мессенджер WhatsApp на экране смартфона, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlik xəbərdarlıq edir: Bu mesajları açmayın!

Bununla əlaqədar olaraq, İran İslam Respublikasının Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub".

 

Xəbər lenti
0