Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 7 dekabr - Sputnik. Azərbaycanın şimal bölgələrinin birində partlayış baş verib.
Hadisə Xudat rayonunun Ə.Vahid küçəsindəki evdə olub və nəticədə iki nəfər ağır xəsarətlər alıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir.
Xudatda evdə partlayış olub
Xudatda evdə partlayış olub
Fərdi yaşayış evində baş verən partlayışın səbəbi qazın kəsilməsi ilə bağlı olub. Belə ki, 1978-ci il təvəllüdlü Davud Əlimuradov qazı açıq qoyaraq yatıb. Gecə saatlarında onlara qonaq gələn xalası Qətibə Teymurova bacısı oğlunu səsləməyə başlayıb. Əlimuradovun ayılmadığını görən xalası kibrit yandırıb və həmin an partlayış baş verib.
Xudatda evdə partlayış olub
Xudatda evdə partlayış olub
Xəstələrin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.