CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakmil" stansiyasındakı məhdudiyyətin vaxtı uzadılır

Abunə olmaq
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi narahatlığa görə sərnişinlərdən üzr istəyir

BAKI, 7 dekabr — Sputnik. "Bakı Metropoliteni" QSC sərnişinlərinin nəzərinə çatdırır ki, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq, dekabr ayının 10-dan "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səhər saatlarında isə "Bakmil" stansiyası sərnişinlərə 8:20-yə qədər.xidmət göstərəcək.

Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.

Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, "Bakmil" stansiyası ilə "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Xəbər lenti
0