BAKI, 7 dekabr — Sputnik. Abşeron rayonu Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr aradan qaldırılıb. Sputnik Azərbaycan-a "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən daxil olan məlumata görə, görülən yenidənqurma işləri ilə əlaqədar olaraq istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunub.
İstehlakçı qrupların elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş 35/10 kV-luq "Məhəmmədi" və "Masazır" yarımstansiyalarından adıçəkilən qəsəbələrin əlaqələndirici xəttləri yenilənib. "Əhali istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılaraq 24 saatlıq dayanıqlı fasiləsiz elektrik enerjisi təchizatı ilə təmin olundular" - deyə "Azərişıq" ASC-dən verilən məlumatda bildirilib.
Qurumdan verilən məlumata görə, son aylarda əlaqələndirici xəttlər yenilənərək 400-ə yaxın dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunub