BAKI, 7 dekabr — Sputnik. Dünyada rifah səviyyəsinin yüksək olmasına görə seçilən ölkələrdən biri də İsveçdir. Maraqlıdır ki, İsveçi rifah səviyyəsinə görə ön pillələrə doğru qaldıran amillər hansılardır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, İsveçdə insanların rifah səviyyəsinin yüksək olmasının əsas səbəbi heç də onların çox pul qazanması ilə bağlı deyil. Digər ölkələrin vətəndaşlarında fərqli olaraq onlar pulu daha düzgün xərcləyirlər.
Son illər "Fast food"ların bir çox ölkələrdə geniş yayılmasına baxmayaraq bu cür qidalar, həmçinin müxtəlif tanınmış qida brendləri bu ölkədə maraqla qarşılanmır. Onlar çöldə yeməkdən daha çox evdə yeməyə üstünlük verirlər. Belə olan halda isə dəyərindən qat-qat artıq satılan bir qida üçün xərcləyəcəkləri vəsait də ciblərində qalır. Bundan başqa isveçlilər dəblə geyinməyi, qısa müddətdə geyim dəyişməyi sevmirlər. Onlar bir geyimi hətta 7-8 il də geyinirlər. Mebelləri isə istifadəyə yararlıdırsa, 25-30 il sonra da onu yenisi ilə əvəzləmirlər.
Bundan başqa onlar enerjiyə də qənaət edirlər. Məsələn, ailə üzvləri hər zaman bir otaqda oturaraq öz işləri ilə məşğul olurlar. İsveç ailəsində bir evdə iki otağın işığının yanmasını nadir hallarda görmək mümkündür. Evdə səs olsun deyə televizoru saatlarla yanlı saxlamırlar.
Demək olar ki, gündəlik həyatda şəxsi avtomobildən istifadə etmirlər. Ailə yalnız bazara özünün kiçik avtomobili iilə gedir.