BAKI, 6 dekabr - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Bir avronun məzənnəsi 0,17% artaraq 1,9291 manat, Rusiya rublunun məzənnəsi isə 0,79% artaraq 0,0256 manat təşkil edib. 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3166, 1 Gürcü larisi 0.6361 manatdır.
Qeyd edək ki, Mərkəzi Bankın dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, 1 avronun məzənnəsi 1,9258, Rusiya rublunun məzənnəsi 0,0254 manat təşkil edib. Bir gürcü larisi 0.6361, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3158 manat olub.