https://sputnik.az/20181206/memmedyarov-mnataskanyanla-gorushden-danishdi-418260406.html
Məmmədyarov: “Üç saata yaxın mühüm və faydalı danışıqlar oldu”
Məmmədyarov: “Üç saata yaxın mühüm və faydalı danışıqlar oldu”
Sputnik Azərbaycan
"Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb" 06.12.2018, Sputnik Azərbaycan
2018-12-06T09:17+0400
2018-12-06T09:17+0400
2021-11-16T22:01+0400
https://cdnn1.img.sputnik.az/img/41616/77/416167743_101:0:1476:777_1920x0_80_0_0_5e016f841b79cbc91ff6db7e930f568a.jpg
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2018
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41616/77/416167743_170:0:1407:777_1920x0_80_0_0_03bc08cc661e64db5972f7de81c42ca5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, etibar məmmədyarov, görüş, atət-in minsk qrupu, dünya, azərbaycan
xəbərlər, etibar məmmədyarov, görüş, atət-in minsk qrupu, dünya, azərbaycan
Məmmədyarov: “Üç saata yaxın mühüm və faydalı danışıqlar oldu”
09:17 06.12.2018 (Yenilənib: 22:01 16.11.2021) "Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb"
BAKI, 6 dekabr - Sputnik. Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu 5 dekabr tarixində Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Nazir görüşün 3 saata yaxın davam etdiyini bildirib:
"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb".