Abşeron sakinlərinə xəbərdarlıq

© Sputnik / Irade JELILMasazır dairəsi
Masazır dairəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qurum yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyir

BAKI, 6 dekabr — Sputnik. Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fasilə Məhəmmədi qəsəbəsindəki yenidənqurma işləri, elektrik enerjisinin dayanıqlığı məqsədilə 35/10 kV-luq "Məhəmmədi" y/st-ı ilə yeni xətlərin əlaqələndirilməsi ilə bağlıdır.

Qurum yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyir.

Xəbər lenti
0