BAKI, 6 dekabr — Sputnik. İranın Sistan və Bəlucistan əyalətinin cənubunda, Çabahar şəhərində polis bölməsinin yaxınlığında partlayış olub. Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, Çabahar liman şəhərində bu səhər bombalı terror hücumu baş verib.
Əyalət valisinin müavini Məhəmməd Hadi Meraşi təhlükəsizlik və tibbi yardım qruplarının bölgəyə cəlb edildiyini bildirib. O, bombanın bir avtomobilin içərisinə yerləşdirildiyini və polis məntəqəsinə yaxın yerdə partladıldığını qeyd edib.
Valinin sözlərinə görə, partlayış nəticəsində yaralananlar var.
Sputnik Azərbaycan "Haber7"-yə istinadən isə, xəbər verir ki, terror aktı nəticəsindı indiyədək ən az 3 nəfər ölüb, çoxlu sayda insan da yaralanıb.