ELM

İkili diplomların tanınması üçün nazirliklər arasında danışıqlar gedir

© Sputnik / Sabina AliyevaAzərbaycan Dövlət Tibb Universiteti
Azərbaycan Dövlət Tibb Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
Macarıstanın Tibb Universitetinin nümayəndələri ilə görüş zamanı ATU-nnu rektoru ikili diplomlaırn tanınmasının vacibliyindən danışıb

BAKI, 6 dekabr — Sputnik. Macarıstanın İ.Zemmelveys adına Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Sputnik Azərbaycan-a ATU-dan daxil olan məlumata görə, qonaqlar universitetin Tədris Cərrahiyyə Klinikasında olublar, buradakı şəraitlə yaxından tanış olublar.

Səfər çərçivəsində macarıstanlı mütəxəssislər ATU rəhbərliyi ilə də görüşüblər. Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli xarici ölkələrdə tibb təhsili verən ali məktəblərlə ikili diploma dair razılaşmanın vacibliyindən söz açıb.

"Bununla bağlı Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi arasında danışıqlar aparılır. İkili diplomların tanınması üçün ATU-da ciddi islahatlar aparılır, beynəlxalq standartlara uyğun yeni tədris sistemi və dərs proqramı hazırlanır" – deyə rektor əlavə edib.

İ.Zemmelveys adına Tibb Universitetinin beynəlxalq əlaqələr rəhbərliyinin müdiri, professor Marsel Pop qarşılıqlı əməkdaşlığın gücləndirməsinin tərəfdarı olduğunu qeyd edib. Cənab Marsel Pop ikili diplomların tanınması prosedurunun təşkilinin çox mürəkkəb, amma vacib olduğunu söyləyib.

Xəbər lenti
0