Ermənistan ordusunda həyəcan siqnalı verilib - Fövqəladə hadisə

© SputnikТрасса Ереван-Мегри
Трасса Ереван-Мегри - Sputnik Azərbaycan
Abunə olmaq
Müqavilə əsasında xidmət aparan hərbçilər faciə ilə üzləşiblər

BAKI, 6 dekabr — Sputnik. Ermənistanda müqavilə əsasında xidmət aparan hərbçilərdən ibarət qrup qar uçqununun altında qalıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovannisyan məlumat verib.

Onun sözlərinə görə, hadisə Syunik vilayətinin Sisiyan (Qarakilsə) şəhəri yaxınlığında baş verib: "Qrupu qar uçqununun altından xilas etmək mümkün olub, lakin bir hərbçini tapmaq mümkün olmayıb. Axtarış işləri davam edir. Xilas edilən hərbçilərin vəziyyəti normaldır".

Qeyd edək ki, bu yaxınlarda da Ermənistan ordusunda analoji hadisə baş vermişdi. Qeqarkunik dağlarında baş verən uçqunun altında qalan hərbçilərin meyitləri, onların yoxa çıxmasından üç gün sonra tapılmışdı.

Xəbər lenti
0