BAKI, 6 dekabr — Sputnik. Mobil telefon bazarında ən çox tələb olunan telefon markalarının adları açıqlanıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu sırada ilk yeri "Samsung" tutub. Belə ki, açıqlanan rəqəmlərə görə, bu il şirkət tərəfindən 73.3 milyon ağıllı telefon satılıb. Lakin ötən illə müqayisədə bu rəqəmin az olduğu deyilir.
Növbəti yerdə isə "Huawei" qərarlaşıb. Şirkət bu il ərzində 52 milyon satış reallaşdırıb. Bazarda alıcıların tələbinə görə 3-cü yerdə qərarlaşan "Apple" tərəfindən isə 45.74 milyon telefon satılıb.
Növbəti yerlərdə qərarlaşan "Xiaomi"nun 32,2 milyon, "Oppo"nun isə 30.5 milyon telefonun satıldığı qeyd olunub.