Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir Ramin Quluzadə “Bakutel” sərgisinin əhəmiyyətindən danışır

© Sputnik / Murad OrujovМинистр транспорта, связи и высоких технологий Азербайджана Рамин Гулузаде
Министр транспорта, связи и высоких технологий Азербайджана Рамин Гулузаде  - Sputnik Azərbaycan
Abunə olmaq
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyir ki, Bakutel” sərgisinin platformasında perspektiv layihələri müzakirə edilir
Ramin Quluzadə: ““Bakutel” sərgisində beynəlxalq əməkdaşlıq imkanları üçün şərait yaradılır”

Dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar “Bakutel 2018” sərgi və konfransının açılışı ilə “Yüksək Texnologiyalar Həftəsi”nə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirin təntənəli açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir qeyd edib ki, “Bakutel” sərgisi İKT sənayesi mütəxəssislərinin ənənəvi görüş yerinə və regionun ən nəhəng İKT tədbirinə çevrilib.

“Biznes strukturlarının rəhbərləri, peşəkarlar “Bakutel” sərgisinin platformasında qlobal məsələləri həll edir, perspektiv layihələri müzakirə edir və müxtəlif qərarlar qəbul edir. Eyni zamanda, sərgidə İKT sahəsinin ən son nailiyyətləri, innovasiyalar nümayiş olunur, bu sahədə beynəlxalq əməkdaşlıq imkanları üçün şərait yaradılır”, - deyə nazir bildirib .

Qeyd edək ki, “Bakutel 2018” sərgisində 10 ölkə - İtaliya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, ABŞ, Sloveniya, Türkiyə, Fransa, Xorvatiya və Polşa milli stendlər ilə çıxış edir. Azərbaycanın aparıcı dövlət İKT strukturları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilmiş bir milli stenddə təqdim edilir.

Qeyd edək ki, Sputnik Azərbaycan 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel" Sərgi və Konfransının informasiya tərəfdaşıdır.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0