BAKI, 5 dekabr — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Azərbaycandan gedən, Rusiya vətəndaşına məxsus "VAZ 21150" markalı avtomobil saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmayan 500 qramdan çox qızıl məmulatları müəyyən olunub. Belə ki, avtomobilin salonunda - arxa oturacağın arxasında olan gödəkcənin sağ yan cibindəki bir ədəd polietilen paketin içərisində, 137 qram 10 ədəd qızıl üzük-sırğa dəsti, 26 qram 2 ədəd qızıl qolbaq və 8 qram 1 ədəd qızıl üzük, ön sol oturacağın ayaq əyləcinin altındakı örtüyün arxasında - 2 ədəd polietilen paketin içərisində isə, 223 qram 15 ədəd qızıl üzük-sırğa dəsti, 42 qram 6 ədəd qızıl üzük, 28 qram 3 ədəd qızıl qolbaq, 35 qram 5 cüt qızıl sırğa, 28 qram 4 ədəd qızıl boyunbağı və 6 qram 3 ədəd qızıl kulon aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.