Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Devalvasiya gözlənilirmi - ŞƏRH

© Sputnik / Irade JELILМанаты и доллары, фото из архива
Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadir İbrahimli: "Yerli valyutanı bir sektorun hesabına süni şəkildə "kəskin möhkəmləndirmək" praktikada özünü doğrulmur"

BAKI, 5 dekabr — Sputnik. "Maliyyə naziri Samir Şərifovun "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu, xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq" açıqlamasını devalvasiya anonsu kimi yozmaq düzgün deyil".

© Sputnik / Murad Orujovİqtisadçı Qadir İbrahimli
Devalvasiya gözlənilirmi - ŞƏRH - Sputnik Azərbaycan
İqtisadçı Qadir İbrahimli

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı-ekspert Qadir İbrahimli öz "Facebook" səhifəsində yazıb. "Əvvəla, 2015- cilin sonundan hökumət rəsmən "üzən məzənnə" rejiminə keçib və bu rejimdən hələ imtina etməyib. Bu baxımdan manatın devalvasiyası hər an gözləniləndir. Ümumiyyətlə, yerli valyutanı bir sektorun (bizim söhbətdə neft sektorunun) hesabına süni şəkildə "kəskin möhkəmləndirmək" praktikada özünü doğrulmur" - deyə ekspert qeyd edib.

"İkincisi, nazir manatın "möhkəmlənməsindən" yox, "kəskin möhkəmlənməsindən" narahatlığını ifadə edib. Bunlar fərqli anlayışlardır. 1994-cü ilin sonunda manatın məzənnəsi 4500 manat (denominasiyadan sonra 0.90 AZN) səviyyəsində sabitləşdi. Sonradan bu məzənnə daha da möhkəmləndirilərək 78 qəpik səviyyəsinə endirildi. Proses 2015-ci ilə qədər davam etdi və sonradan manat sərt – 122 faizlik devalvasiyaya məruz qaldı. Halbuki manat hər il, təxminən 5-6 qəpik ucuzlaşsaydı, insanlar bir elə devalvasiya şoku da yaşamazdılar. Və manatın kəskin möhkəmlənməsinə xərclənən pullar real sektorun dəstəkləməsinə xərclənsəydi, bu gün manatın taleyi neftin qiymətindən daha az asılı olardı" - o, əlavə edib.

Daha sonra Q.İbrahimli yazıb: "Üçüncüsü, yerli valyutanın kəskin möhkəmlənməsinin idxalın stimullaşdırılmasına, ixraca isə marağın azalmasına səbəb olması artıq iqtisadi nəzəriyyələrdə birmənalı təsdiqini tapmış məsələdir. Bu baxımdan maliyyə nazirinin açıqlamasına rasional yanaşmaq lazımdır. Real sektorun effektiv dəstəklənməsi yumşaq devalvasiyanı (ildə 5-6 qəpik) istisna etmir. Ancaq konkret indiki halda devalvasiya anonsundan söhbət getmir".

Xəbər lenti
0