"Azərişıq" üzr istəyir: İşığınız kəsiləcək

© pixabay / PavlofoxЧеловек зажигает свечу в темноте, фото из архива
Человек зажигает свечу в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yenidənqurma işlərinin aparılması və elektrik enerjisinin dayanıqlığı məqsədi ilə elektrik enerjisinin verilməsində fasilələr olacaq

BAKI, 5 dekabr — Sputnik. Bağlar Regional Elektrik Təchizatı və Satışı İdarəsinin xidməti ərazisinə daxil olan Məhəmmədi qəsəbəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" Açıq Səhmdar Cəmiyətindən (ASC) məlumat verilib.

Məlumata görə, elektrik enerjisinin verilişində yaranan məhdudiyyətlər yenidənqurma işlərinin aparılması və elektrik enerjisinin dayanıqlığını təmin edilməsi məqsədi (35/10 kV-luq "Məhəmmədi" y/st-ı ilə yeni xətlərin əlaqələndirilməsi) daşıyır . Qurumdan bildirilib ki, yenidənqurma işləri 6-7 dekabr tarixlərində aparılacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

Xəbər lenti
0