ELM

Bütün məktəblərin şagirdləri üçün xüsusi geyim formaları tətbiq ediləcək

© Sputnik / Murad OrujovУчебный процесс в одной из средних школ Баку, фото из архива
Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri: "Bəzi məktəblərdə məktəbli forması tətbiq edilsə də, ancaq bütün məktəbləri əhatə etməyib"

BAKI, 4 dekabr - Sputnik. Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Ümumi təhsil haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində deyilir ki, ümumi təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.

Milli Məclisin "Elm və təhsil" komitəsinin bugünkü iclasında yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli deyib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq edilsə də, ancaq bütün məktəbləri əhatə etməyib.

Xəbər lenti
0