CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakılılar robot qapıçıyla qızğın mübarizə aparıblar

Abunə olmaq
Dünyanın ən cəld qapıçısı “Robokiper” (Robokeeper) Bakıya təşrif buyurub. Onun “Bakutel 2018” sərgisinin iştirakçıları ilə baş tutan “qarşıdurmasını” Sputnik Azərbaycan-ın videosunda izləyin.

“Robokeeper” “Bakutel 2018” ənənəvi beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında təqdim olunub. Sərginin iştirakçıları qol vurmağa cəhd ediblər, robot qapıçı isə onların toplarını ram etməyə çalışıb. Çəkiliş qrupumuz orada olan müddətdə robokiperin qapısına bir qol belə, vurulmayıb.

Robokiperin gözlərini saniyədə 90 şəkil çəkən iki kamera əvəz edir. Onlar topun trayektoriyasını hesablayır. Amma istifadə olunan topun rəngi arxa fondan fərqlənməlidir.

Qeyd edək ki, hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları robota üstün gələ bilməyib. Dünyada bu “süni” qapıçının 10 ekzemplyarı mövcuddur.

“Bakutel 2018” sərgisi bu gün işinə başlayıb və dekabrın 7-nə qədər davam edəcək. Sputnik Azərbaycan “Bakutel 2018” sərgisinin informasiya tərəfdaşıdır.

Qeyd edək ki, Sputnik Azərbaycan 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel" Sərgi və Konfransının informasiya tərəfdaşıdır.

Xəbər lenti
0