Ermənistan qırıcısı yoxa çıxıb

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidШтурмовики Су-25
Штурмовики Су-25 - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarə plana uyğun olaraq təlim uçuşu keçirirmiş

BAKI, 4 dekabr — Sputnik. Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" hücum təyyarəsi radarlardan itib. Sputnik Ermənistan xəbər verir ki, təyyarə plana uyğun olaraq təlim uçuşu keçirirmiş.

Gümrüdəki hava limanından yerli vaxtla 10:06-da havaya qalxan təyyarə saat 10:20-də radarlardan itib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib ki, təyyarənin ekipajı iki nəfərdən ibarət olub. Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0