CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 9 ayda 10 min adam ölüb

Abunə olmaq
Hesabat dövründə Bakı şəhərində doğulan körpələrin sayı 22 494 təşkil edib

BAKI, 4 dekabr – Sputnik. Bu ilin doqquz ayı ərzində Bakı şəhərində 9 980 ölüm halı qeydə alınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Hesabat dövründə Bakı şəhərində doğulan körpələrin sayı 22 494 təşkil edib və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 olub. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.

Ümumilikdə bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9 min nəfərə çatıb.

Xəbər lenti
0