SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Böyük 20-lər”in dövlət başçıları bir-birini görmək istəmir”

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан
Политолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, bu cür davranışlar dünya siyasətindəki stabilliyə mənfi təsirini göstərir
Fikrət Sadıxov: “Sammitlərdə qəbul olunan qərarlar deklarativ xarakter daşıyır”

“Son dövrlər Böyük 20-lərin (G-20) görüşündə iştirak edən dövlət başçıları bir-birini görmək istəmirlər”. Bunu Sputnik Azərbaycan-a ötən həftə Argentinada keçrilən G-20 ölkələrinin sammitinin dünyada gedən proseslərə təsiri haqqında danışarkən politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, hazırda dünyada gedən proseslərin nəticəsi olaraq ölkə başçıları nəyisə müzakirə etmək, bir-biri ilə görüşmək istəmirlər:

“Ola bilsin ki, bunun üçün onların hər hansı əsası var. Amma bu cür davranışlar dünya siyasətindəki stabilliyə mənfi təsirini göstərir. Dövlət başçıları ayrı-ayrılıqda görüşüb hansısa qərarları qəbul edirlər. Bunun nəticəsi olaraq da sammitlərdə qəbul olunan qərarlar deklarativ xarakter daşıyır. Artıq bir çox dövlət başçıları da bunu başa düşürlər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0