BAKI, 3 dekabr — Sputnik. Qətər Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) tərk etməyə hazırlaşır. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Qətərin enerji naziri Saad əl-Kaabi bildirib.
"Qətər 2019-cu ilin yanvarın 1-indən OPEC üzvlüyündən çıxacaq. Ölkə bazar ertəsi bu barədə təşkilatı məlumatlandıracaq", - deyə Saad əl-Kaabi bildirib.
Onun sözlərinə görə, ölkə qaz hasilatı və sıxılmış qaz istehsalına diqqət ayıracaq.
Qeyd edək ki, hazırda Qətərin gündəlik neft hasilatı 600 min barel təşkil edir.