BAKI, 3 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin xidməti avtomobili olan "Auris" limuzini Argentinada baş tutan G-20 toplantısına damğa vurub.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ilk dəfə olaraq Finlandiya səfərində medianın diqqətini özünə cəmləyən bu avtomobil G-20 sammitində də fotoqrafların obyektivindən yayınmayıb. Medianın "təkərli sığınacaq" adlandırdığı bu limuzin sosial mediada da böyük diqqət çəkib.
Rusiya dövlət başçısı Vladimir Putin isə avtomobil haqda bu fikirləri səsləndirib: "Bu limuzini yalnız mən yox, eləcə də ərəb dostlarım da bəyənir. Onlar da bu avtomobildən almaq istəyirlər".
Qeyd edək ki, limuzin 2019-cu ildə Cenevrədə keçiriləcək avtomobil şousunda da nümayiş olunacaq.