Poroşenko Rusiya ilə bağlı son qərarı verdi

© Photo : Пресс-служба президента Украины / Mediabanka keçidPetro Poroşenko
Petro Poroşenko - Sputnik Azərbaycan
Abunə olmaq
“Hesab edirik ki, parlament bu təşəbbüsü dəstəkləyəcək”

BAKI, 3 dekabr — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq haqqında sazişin dayandırılması ilə bağlı qanun layihəsi təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukrayna prezidentinin parlamentdəki nümayəndəsi İrina Lutsenko bildirib.

"Hesab edirik ki, parlament bu təşəbbüsü dəstəkləyəcək" – deyə Lutsenko bildirib.

Rusiya-Ukrayna sərhəddi - Sputnik Azərbaycan
RUSİYA
Ukrayna ordusu Rusiya sərhədlərinə toplaşır - Həyəcan siqnalı

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna ilə Rusiya gəmiləri arasında insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıb. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində Ukraynaya məxsus "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda günahlandırır.

Hadisə ilə bağlı Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Belə ki, hərbi vəziyyət 26 noyabr, Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və 26 dekabr saat 16:00-a qədər davam edəcək.

Xəbər lenti
0