BAKI, 3 dekabr — Sputnik. İndoneziyanın Şimali Sumatra əyalətində şiddətli yağışların səbəb olduğu sürüşmə nəticəsində 7 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sürüşmədə 16 tələbənin yaşadığı ev torpaq altında qalıb. Onlardan 7-si ölüb, 9-u isə yaralanıb.
Qeyd edək ki, Musson yağışlarının təsiri altında olan və tropik iqlimin yaşandığı İndoneziyada həddindən artıq yağışlar səbəbindən tez-tez sel və torpaq sürüşməsi meydana gəlir.
Xatırladaq ki, İndoneziyada tez-tez dağıdıcı zəlzələlər baş verir. Son aylarda da bu cür təbii fəlakət yaşanıb.