BAKI, 3 dekabr — Sputnik. Ermənistanda müqavilə əsasında xidmət aparan hərbçi həlak olub. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.
Məlumata əsasən, hadisə dekabrın 1-i saat 20:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Qor Aqvanoviç Sarkisyan aldığı güllə yarısından ölüb.
Qeyd olunur ki, Qor Sarkisyan 2016-cı ildən Ermənistan Silahlı Qüvvələrində xidmət aparıb.