CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amerikalılara düşbərə bişirməyi də öyrətdik – VİDEO

Abunə olmaq
ABŞ-da yaşayan azərbaycanlı kulinar amerikalı həmkarlarını evinə dəvət edərək onları düşbərə bükməyə və yeməyə qonaq edib

BAKI, 3 dekabr — Sputnik. Azərbaycanlı kulinar Fəridə Sadıqova-Buyuran amerikalı həmkarlarına Azərbaycanın milli xörəyi olan düşbərəni hazırlamağı öyrədib.

Sputnik Azərbaycan xəbər verir ki, Sadıqova amerikalı həmkarları ilə birlikdə hazırladığını düşbərənin videosunu özünün Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Bir qrup möhtəşəm şəxs bizim evdədir. Onlar yemək hazırlayır, deyib-gülür, hətta oxuyur və rəqs edirlər. Biz birlikdə düşbərə hazırlayırıq" - Sadıqova deyib.

Yemək amerikalıların çox xoşuna gəlib və onlar düşbərənin dadını yüksək qiymətləndiriblər. Sadıqova qeyd edib ki, amerikalılara Azərbaycanın milli xörəklərini öyrətməkdə davam edəcək.

Fəridə Sadıqova-Buyuran 16 ildir ABŞ-da yaşayır və orada Azərbaycan mətbəxini təbliğ edir. Onun "Narlar və zəfəran: Azərbaycana kulinar səyahət" (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabı National Indie Excellence Awards beynəlxalq mükafatına layiq görülüb.

Xəbər lenti
0