Yaxın illərdə Azərbaycanda səhiyyə, bərk tullantıların idarə edilməsi, ali təhsil və kənd təsərrüfatı sahələri Dünya Bankının (DB) kreditləşdirməsi üçün ən yüksək prioritet sahələr hesab olunur. Bu barədə Trend-ə bankın Bakı Nümayəndəliyinin rəhbəri Navid Naqvi bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrində kredit resursları yetərincədir:
“Biz Dünya Bankının təklif etdiyi kredit layihələrini diqqətlə araşdırmalıyıq. Götür-qoy etməliyik ki, bu kreditlər bizə nə dərəcədə lazımdır. Əgər kəskin ehtiyac varsa, o kreditləri götürə bilərik. Zərurət yoxdursa, Dünya Bankının kreditlərinə Azərbaycanda ehtiyac da yoxdur”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa biləsiniz