“ABŞ sanksiyalarının İrana təsiri uzunmüddətli xarakter daşıyır”. Bunu Sputnik Azərbaycan-a ABŞ-ın İrana qarşı sanksiyalarının təsirləri haqqında danışarkən politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, hazırda sanksiyaların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək çətindir: “İlk olaraq deyim ki, sanksiyalar İran sənayesinə təsir göstərəcək. Xüsusəndə xarici investisiyalarla qurulmuş müəssisələr sanksiyalardan payını alacaq. Belə müəssisələrin fəaliyyətləri məhdudlaşdırılacaq. İranın maliyyə sisteminin imkanları sanksiyalar vasitəsilə məhdudlaşdırılır. Paralel olaraq dünya neft bazarının daralması da İran üçün yaxşı heç nə vəd etmir. Ancaq onu da deməliyik ki, İran iqtisadiyyatı uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərdiyi üçün vəziyyətə alışıb”.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi başlayıb.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz