CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik gördüyü işlər barədə hesabat verdi

© Photo : пресс-служба ANAMAОперация по обезвреживанию мин в поселке Г.З.Тагиева города Сумгайыт
Операция по обезвреживанию мин в поселке Г.З.Тагиева города Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ay Azərbaycanda 341 ədəd partlamamış hərbi sursat tapılıb

BAKI, 1 dekabr - Sputnik. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) noyabrda görülən işlərin hesabatını açıqlayıb.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Şəmkir, Tərtər, Tovuz, Qaradağ rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 508,013 m² (50.80 ha) ərazi yoxlanılıb, 341 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi 359 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 531,572,550 m² (53,157.26 ha) ərazi təmizlənib, 800,951 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Noyabr ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 10 , Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 8 və Rayon Polis şöbələrindən (RPŞ) – 2 müraciət daxil oluv. Müraciətlər əsasında 12,630 m² ərazi təmizlənmiş, 176 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Xəbər lenti
0