CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Umayra Tağıyeva: “Marketlərdə parça və kağız torbalara üstünlük verilməlidir”

© Photo : Report / Firi Salim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Ən çox təhlükə yaradan nazik, 20 mkr-dan aşağı olan və əhali arasında "pinqvin" adlandırılan polietilen torbalardır.

BAKI, 30 noyabr — Sputnik. "Bir neçə aydır ki, nazirlik tərəfindən ətraf mühitə plastik tullantıların mənfi təsirini azaltmaq məqsədilə həm maarifləndirici təbliğat işləri, həm də bu məsələnin həllinə yönələn tədbirlər planının hazırlanması və qəbul olunması istiqamətində aktiv işlər görülür".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Умайра Тагиева - Sputnik Azərbaycan
CƏMİYYƏT
Umayra Tağıyeva: "Azərbaycanda birdəfəlik plastik torbalar qadağan olunacaq"

O qeyd edib ki, məsələnin vacibliyi hamıya məlumdur: “Plastik tullantıların mənfi təsirləri haqqında əhalimiz kifayət qədər məlumatlıdır, qəbul olunan qərarlarda biz çalışırıq ki, əhalinin fikri, maraqları nəzərə alınsın. Bu məqsədlə bu yaxınlarda bir neçə kütləvi informasiya vasitələrində sorğular yerləşdirilib: "Sorğunun "Plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına hazırsınızmı?" sualına cavab verən respondentlərin 80-90,6 %-i buna razı olduqlarını bildiriblər. Digərləri isə plastikin məhdudlaşdırılmasının tərəfdarı olmadıqlarını bildirərək buna səbəb kimi plastikdən istifadəyə vərdiş etdiklərini əsas gətiriblər. Sevindirici bir haldır ki, əhali tərəfindən problemin həll olunması dəstəklənir. Əlbəttə, biz yaddan çıxarmamalıyıq ki, bu plastik tullantıların ətraf mühitə verdiyi ziyanla bərabər, tez alışdıqları üçün yanma zamanı atmosferə zərərli maddələr atılır, bu da bizim sağlamlığımız üçün əlavə risklər yaradır".

Şöbə müdiri qeyd edib ki, ən çox təhlükə yaradan nazik, 20 mkr-dan aşağı olan və əhali arasında "pinqvin" adlandırılan polietilen torbalardır. Bu torbalar həddindən çox istifadə olunur, əsasən də, qadınlar, xanımlar bilməlidir ki, məişətdə istifadəsi rahat olsa da, ziyanı böyükdür, həm sağlamlığımıza, həm ətraf mühitə. Buna vərdiş etsək də, bu vərdişimizi dəyişmək öz əlimizdədir, alternativi istər şüşə qablar, istərsə də üzəri emalla örtülmüş saxlama qabları istifadə oluna bilər. Marketlərdə isə istər parça, istər kağız torbalardan istifadəyə üstünlük verilməlidir".

Xəbər lenti
0