Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha gözlənilən hava proqnozu açıqlandı

© Sputnik / Rumiyya MiraslanBakıya yağan yağış nəticəsində yaranan tıxac
Bakıya yağan yağış nəticəsində yaranan tıxac - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir

BAKI, 30 noyabr — Sputnik. Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

Bakıya yağan yağış nəticəsində yaranan tıxac - Sputnik Azərbaycan
Sabaha hava xəbərdarlığı

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0