CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki yüz manatdan iki min manatadək: DMX-də hansı vakansiyalar var

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidOfis daxili işçilər, arxiv şəkli
Ofis daxili işçilər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Məşğulluq Xidməti "qara fəhlə"yə də, informasiya texnologiyaları üzrə mütəxəssisə də iş tapa bilir

BAKI, 30 noyabr — Sputnik. Dövlət Məşğulluq Xidməti vasitəsilə məşğulluq problemini aradan qaldırarkən, əmək haqqının məbləği ən çətin məsələlərdən biri kimi ortaya çıxır. Lakin mövcud iş yerlərinin təhlili onu deməyə əsas verir ki, maaşı həm yüksək, həm də aşağı olan vakansiyalar var.

Ofis işçisi - Sputnik Azərbaycan
Dövlət qurumlarına işçi tələb olunur

Bunu Sputnik Azərbaycan-a Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov deyib.

Dövlət Xidmətinin nümayəndəsi aydınlıq gətirdi: kimlər iş tapa bilmirlər və niyə

Azərbaycanda Məşğulluq Xidmətinə əsasən pensiya yaşına çatmaq ərəfəsində olanlar - yaşı 50-dən yuxarı olan şəxslər müraciət edir. Sən demə, bu gün işsizlikdən ən çox yaşlı nəslin nümayəndələri əziyyət çəkir. DMX-yə ən çox bir neçə il xaricdə yaşayandan sonra Azərbaycana qayıdanlar, əlillər və evdar qadınlar müraciət edir. Bundan əlavə, əmək qabiliyyətinin olmaması onların vəziyyətini daha da ağırlaşdırır. Belə bir vəziyyətdə olanlar arasında gənclər də üstünlük təşkil edir.

Dövlət Xidmətinin məlumatına görə, iş axtaranların 30%-ə yaxını yaşı 30-dək olan gənclərdir. Onların çoxunun orta məktəb təhsilindən başqa heç bir təhsili yoxdur. Bundan əlavə, onların elementar peşə bacarıqları mövcud deyil. İş üçün müraciət edənlər arasında tələbələr də var. Onlar nə iş olsa, işləyə biləcəklərini deyirlər.

Orta yaşlı insanlara gəlincə, onlar DMX-yə nadir hallarda müraciət edirlər. Bu kateqoriyadan olan insanlar məşğulluq problemini özləri həll edirlər.

Həsənovun sözlərinə görə, 2018-ci ilin 10 ayı ərzində Xidmətə 101 min vətəndaş müraciət edib. Onların da 47,7 mini iş tapmağa kömək istəyib.

İstənilən zövqə uyğun iş

Son illərdə Azərbaycan ərazisində fəaliyyət göstərən bütün işəgötürənlər, dövlət və ya özəl sektoru təmsil etmələrindən asılı olmayaraq, boş iş yerləri barədə DMX-ni məlumatlandırmağa borcludurlar. Nəticədə hazırda DMX-də kvalifikasiyası olmayan, eləcə də orta-ixtisas təhsilli və müxtəlif sahələr üzrə mütəxəssis olan işçilər üçün də vakansiyalar haqda məlumatlar mövcuddur.

Əsasən qaynaqçılar, su sayğaclarını quraşdıranlar, operatorlar, inşaatçılar, gözətçilər və qabyuyanlara tələbat var.

Мужчина за компьютером, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanda yeni işə qəbul sistemi formalaşdırılıb, işçi axtarılır

"Əlbəttə, diplomlu kadrlar üçün də iş var. Misal üçün bizə menecerlər, marketinq üzrə mütəxəssislər, mühasiblər lazımdır" - deyə Həsənov bildirib.

Həsənovun sözlərinə görə, bu yaxınlarda kənd təsərrüfatı sahəsinin mütəxəssislərinə - baytarlara, aqronomlara, texnika operatorlarına da ehtiyac yaranıb.

İki yüz manatdan yuxarı əməkhaqqı

Xalq arasında belə fikir var ki, Məşğulluq Xidməti vasitəsilə yaxşı maaşı olan iş tapmaq mümkün deyil. Hətta çoxları yaxşı heç nə gözləmədiklərindən iş tapmaq üçün DMX-yə sənədlərini təqdim etmirlər.

Sektor müdiri ərizəçilərin probleminin nədə olduğunu izah etdi

Onun sözlərinə görə, məşğulluqda əməkhaqqı ən çətin məsələlərdən biridir. Mövcud iş yerlərini analiz etsək, görərik ki, əmək haqqı yüksək olan yerlərdə də vakansiyalar var, aşağı olan yerlərdə də. Bu dərəcələr 200 manat ətrafında dəyişir. Belə əməkhaqqı dövlət işlərində də, özəl təşkilatlarda da mövcuddur.

"Ona diqqət yetirmək lazımdır ki, bu məbləğdə maaşlar müəyyən peşə kvalifikasiyası olmayan işçilər üçün nəzərdə tutulub. Təbii ki, namizədlərə artan tələblərdən asılı olaraq, təklif olunan əməkhaqqının da miqdarı artır. İş üçün əsasən sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar müraciət edirlər. Onların çoxu əmək bazarında rəqabətə davamlı deyillər" - deyə Həsənov bildirib.

Onun fikrincə, belə olan təqdirdə, həmin təbəqədən olan vətəndaşlara maaşı aşağı olan işlərin təklif edilməsi tamamilə qanunauyğundur. İstənilən halda, bu, başqalarından maddi cəhətdən asılı olaraq yaşamaqdan yaxşıdır. Yeri gəlmişkən, Həsənov onu da qeyd edib ki, yüksək gəliri olan iş tapmaq şansı hər zaman var. Bunun üçünsə, bir qədər öz üzərində işləmək, xarici dilləri və kompüter proqramlarını öyrənmək lazımdır.

Təbii ki, DMX-da yüksək əməkhaqqı olan işlərə də vakansiya var. Həsənovun dediyinə görə, bəzən iki min manata qədər maaşı olan işlərə vakansiya olur. Bununla yanaşı namizədlərə olan tələblər də yüksək olur. Bu gün ən nüfuzlu vakansiyalar informasiya texnologiyaları və audit sahəsində mövcuddur.

"Yaxşı mütəxəssisin məşğulluq orqanlarına müraciət etməyəcəyi ilə bağlı müəyyən bir stereotip var" - deyən məmur bildirib ki, indi DMX bu stereotipi dağıtmağı düşünür. Bu məqsədlə, misal üçün, Qida Təhülkəsizliyi Agentliyi strukturlarında iş təklif etmək niyyətindədir.

Xəbər lenti
0