Dənizdə fırtına qopdu, gəmilər batdı

© AP Photo / Aaron FavilaQasırğa, arxiv şəkli
Qasırğa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbulda güclü fırtına dənizdə və hava liumanında vəziyyəti iflic etdi

BAKI, 29 noyabr — Sputnik. Bu gün səhər saatlarından etibarən İstanbulda dənizdə fırtına qopub, güclü dalğa müşahidə edilib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən gün Türkiyənin Milli Hidrometroloji Bürosu bugünkü hava proqnozunun fırtınalı və qasırğalı olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Artıq bu gündən hava şəraitinin kəskin dəyişdiyi müşahidə edilir. Güclü qasırğa ilə əlaqədar olaraq dənizdə kiçik gəmilər batıb. Qayıqçılar qayıq və gəmiləri xilas etməyə çalışsalar da, səyləri nəticəsiz qalıb.

Bununla yanaşı, güclü fırtına ilə əlaqədar olaraq hava limanında təyyarələrin enişində də problemlər yaranıb. Təyyarələr yerə enmək üçün dəqiqələrcə havada uçmalı olub.

Xəbər lenti
0