CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının ən böyük prospektlərindən birinin təmiri bitir - FOTO

© AAYDA Babək prospektinin yenidən qurulması yekunlaşır
 Babək prospektinin yenidən qurulması yekunlaşır - Sputnik Azərbaycan
Abunə olmaq
Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb

 

BAKI, 29 noyabr — Sputnik. Uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib.

© AAYDA Babək prospektinin yenidən qurulması yekunlaşır
 Babək prospektinin yenidən qurulması yekunlaşır - Sputnik Azərbaycan
1/3
Babək prospektinin yenidən qurulması yekunlaşır
© AAYDA Babək prospektinin yenidən qurulması yekunlaşır
 Babək prospektinin yenidən qurulması yekunlaşır - Sputnik Azərbaycan
2/3
Babək prospektinin yenidən qurulması yekunlaşır
© AAYDA Babək prospektinin yenidən qurulması yekunlaşır
 Babək prospektinin yenidən qurulması yekunlaşır - Sputnik Azərbaycan
3/3
Babək prospektinin yenidən qurulması yekunlaşır
1/3
Babək prospektinin yenidən qurulması yekunlaşır
2/3
Babək prospektinin yenidən qurulması yekunlaşır
3/3
Babək prospektinin yenidən qurulması yekunlaşır

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub və 15 200 kv.m sahədə yeniləri tikilib, mövcud yol ayrıcı da sökülərək yenidən qurulub. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradıb. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülüb.

Yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılır. Artıq prospektin təqribən 8 km-lik hissəsində asfalt-beton örtüyünün 3 layının döşənməsi işləri bitib. Hazırda qalan 1 km-lik hissədə bu işlər davam etdirilir. Ümumilikdə prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi bitmək üzrədir. Asfaltlanan ərazilərə yeni üfiqi nişanlanma xətləri çəkilir, zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılır.

Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi "cib"li hissələr tikilib, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılıb, həmçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulub.

Ümumilikdə yenidənqurma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Babək prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə imkan yaradıb. Ancaq qovşaqlar da daxil olmaqla yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu.

Xəbər lenti
0