Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dövlət sifarişi ilə film istehsalının nəticələri elan olunub

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidFilm lenti, arxiv şəkli.
Film lenti, arxiv şəkli. - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə isə 341 adda film məhsulu istehsal edilib

BAKI, 29 noyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə 2006-2018-ci illər ərzində dövlət studiyalarında və müstəqil prodüser mərkəzlərində çəkilmiş filmlər və onların beynəlxalq kino festivallarında iştirakı təhlil edilib.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan dövr ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilmişdir), 214 sənədli, 21 cizgi filmi və "Mozalan" kinojurnalının 18 buraxılışı, ümumilikdə isə 341 adda film məhsulu istehsal edilib.

Bu dövr ərzində istehsal olunun ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə keçirilmiş Kann, Venesiya, Berlin, Karlovy Vary, Tokyo, Moskva və s. 224 film festivalının müsabiqə proqramına seçilərək, 346 dəfə həmin festivallarda iştirak etmiş və 8 "Qran-Pri", 30 "Ən yaxşı bədii film", 8 "Ən yaxşı sənədli film", 9 "Ən yaxşı rejissor işi", 15 "Ən yaxşı aktyor oyununa görə" olmaqla ümumilikdə, 140 müxtəlif mükafat qazanıb.

 

Xəbər lenti
0