CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik sərnişinlərin təhlükəsizliyinin qayğısına qalır

© Sputnik / Anar MustafayevYol nişanı, arxiv şəkli
Yol nişanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər

BAKI, 29 noyabr — Sputnik. Hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar sərnişinlər dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaladır. Bakı Nəqliyyat Agentliyi belə bir tövsiyə ilə çıxış edib.

Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər" - deyə BNA-dan bildirilir.

Xəbər lenti
0